Rusiyanın paytaxtı Moskvada və digər şəhərlərdə müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq keçirilən aksiyalarda saxlanılanların sayı açıqlanıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, Rusiyanın İctimai Nəzarət Komissiyasının icraçı katibi İvan Melnikovun məlumatına görə, 600-dən çox mitinq iştirakçısı saxlanılıb. Qeyri-rəsmi mənbələr isə bu rəqəmin 2501 nəfər olduğunu bildirir. Ən çox saxlanılanlar Moskva və Sankt-Peterburq şəhərindəndir.
Aksiyalarda 50-dək jurnalistin xəsarət aldığı qeyd edilir.