Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunmasını izləməyə davam edir.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, sülhməramalı kontingent nəqliyyat vasitələrinin təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin edir. Son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı hər hansı təxribat xarakterli hərəkət baş verməyib.