Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 172 milyon 426 min 494 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 706 min 563 nəfərdir. İndiyədək 155 milyon 60 min 668 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. aÜmumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutkada 371 489 nəfər koronavirusa yoluxub, 8745 pasiyent dünyasını dəyişib.