“Vogue”, “GQ”, “GQ Style”, “Tatler”, “AD”, “Glamour” və “Glamour Style Book” nəşrləri Rusiyadakı fəaliyyətini dayandırır.

"Unikal" xəbər verir ki, bu barədə jurnalları dərc edən “Conde Nast” nəşriyyat evi bəyanat yayıb.

Bildirilib ki, nəşriyyatın Rusiyada fəaliyyətini dayadırması Ukraynada aparılan hərbi əməliyyatlar və Rusiya qanunvericiliyindəki dəyişikliklərlə əlaqəlidir.