Hacıqabulda baş verən ağır yol qəzasında polis əməkdaşı ölüb.

"Unikal" xəbər verir ki, qəza zamanı Şirvan polis şöbəsinin əməkdaşı, serjant Yəhyayev Saməddin Sadıx oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil aşıb. 

Nəticədə 1988-ci il təvəllüdlü sürücü ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.

Adı çəkilən polisin fotosunu təqdim edirik: 

Ağarza Elçinoğlu