Cəlilabadda 5 avtomobil qarda batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Unikal"a verilən məlumata görə, hadisə rayonunun Kövüzbulaq kəndində qeydə alınıb.

İçərisində vətəndaşların olduğu 5 ədəd minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.