Əfqanıstanda hakim Taliban hərəkatı bir sıra nazirliklərin işçilərinə saqqal olmadığı üçün işə çıxmağı qadağan edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ilin dekabr ayının sonlarında Taliban kişiləri saqqal qırxmamaq tövsiyəsinə baxmayaraq, saqqal saxlamağa məcbur etməyəcəklərini də deyib.
"Bir müddət əvvəl bizə dedilər ki, ya saqqal saxlayırsan, ya da işi tərk edirsən. Fikirləşdik ki, belə etməyəcəklər, amma bu gün Qadağalar Nazirliyinin əməkdaşları bizə işləməyə icazə vermədilər", deyə Əfqanıstan Təhsil Nazirliyinin əməkdaşı bildirib.
Əfqanıstan Xarici İşlər Nazirliyindəki mənbə deyib ki, Taliban bir neçə nazirliyin əməkdaşlarını qısa saqqalları və baş geyimləri olmadığı üçün işdən kənarda saxlayıb.
Ağarza Elçinoğlu