Bolqarıstanın Rusiyadakı səfiri Atanas Krıstyev məsləhətləşmə üçün Sofiyaya çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kiril Petkov martın 28-də məlumat verib.
“Bu gün Moskvadan humanitar uçuş həyata keçirilib. Təyyarənin göyərtəsində Rusiyadakı səfirimiz də olub. O, məsləhətləşmələr üçün Sofiyaya qayıdıb. Təyyarənin göyərtəsində Bolqarıstanın daha 64 vətəndaşı olub”, - Baş nazir NATO-ya üzv olan Cənub-Şərqi Avropa dövlətlərinin hökumət başçılarının görüşünün yekunlarına həsr edilən mətbuat konfransında uyğun sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, oxşar addımları NATO-dakı başqa müttəfiqlərin atacağı da gözlənilir.