Ukraynadan onunla qonşu olan ölkələrə 4 milyona yaxın qaçqın gəlib.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsindən bildiriblər. İdarənin saytında yerləşdirilmiş məlumata əsasən, fevralın 24-dən martın 27-dək Ukraynanı tərk edən qaçqınların sayı 3 866 224 nəfərə çatıb. Sutka ərzində onların sayı 45 min nəfərdən çox artıb.

Polşaya 2 293 833, Rumıniyaya 595 868, Moldovaya 383 627, Macarıstana 354 041 qaçqın gəlib.