İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviçdə zəhərlənmə əlamətləri aşkarlanıb.
"Unikal" "Wall Street" jurnalına istinadən xəbər verir ki, martın əvvəlində Kiyevdə Ukrayna ilə sülh danışıqlarında iştirak etmiş rusiyalı iş adamının əllərində və üzündə dəri soyulması, həmçinin gözlərində qızarma, ağrı və sulanma simptomlarına rast gəlinib.
Abramoviçlə yanaşı, Ukrayna tərəfinin iki yüksək vəzifəli üzvündə də eyni əlamətlər özünü göstərib. Hazırda hər üç şəxsin vəziyyətinin yaxşı olduğu bildirilib.
İddiaya görə, zəhərlənməyə müəyyən edilməmiş kimyəvi silah səbəb olub.