Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moskva və Minskdəki ofislərini bağlayacağını açıqlayıb.
“Unikal” TASS-a istinadən xəbər verir ki, bu barədə maliyyə təşkilatının yaydığı bəyanatda deyilir.
“AYİB Moskva və Minskdəki daimi nümayəndəliklərini bağlamaq prosesində olduğunu elan edir. Ofislərin bağlanması ilə bağlı qərar Rusiya Federasiyasının Belarusun köməyi ilə atdığı addımların qaçılmaz nəticəsidir”, - bankdan bildiriblər.