Martın 28-i axşam saatlarında Braziliya Prezidenti Jair Bolsonaro qarın nahiyəsində baş verən ağrı səbəbindən tədqiqat üçün paytaxtın hərbi xəstəxanasına aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə “Globo” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, hazırda Bolsonaro reflü xəstəliyi və mədə problemləri ilə əlaqədar administrasiyanın həkimləri tərəfindən müayinə olunur.
Braziliya rəhbərinin həyat yoldaşı Mişel Bolsonaro hadisədən sonra “Allaha şükür, onunla hər şey qaydasındadır”, - o deyib.