Beynəlxalq valyuta bazarlarında rus rublunun məzənnəsi yenidən yüksəlib.
"Unikal" xəbər verir ki, fevralın 24-dən ucuzlaşmağa başlayan rus rublu müharibədən əvvəlki dövrlə ayaqlaşıb. Belə ki, 7 aprel məzənnəsinə əsasən 1 dollara 80 rubl almaq olar.
Qeyd edək ki, martın 7-də Bayden administrasiyasının ABŞ-dan Rusiya neft və qazının idxalına qadağa qoyacağı xəbərindən sonra rubl təxminən 150 dollara qədər ucuzlaşmışdı.