Braziliya futbolunun əfsanəsi Pele Rusiya prezidenti Putini Ukraynaya amansız və əsassız işğalı dayandırmağa çağırıb.
"Unikal" xəbər verir ki, o Ukrayna millisinin dünya çempionatının seçmə oyununda oynamasından bir neçə dəqiqə əvvəl "Instagram"da məlumat yayıb.
"Mən bugünkü oyundan fürsət kimi istifadə edib demək istəyirəm: Bu işğalı dayandırın. Zorakılığa haqq qazandıracaq heç bir arqument yoxdur. Bu münaqişə pisdir, əsassızdır və ağrı, qorxu, dəhşət və əzabdan başqa heç nə gətirmir".
Qeyd olunur ki, Pele və Putin sonuncu dəfə 2017-ci ildə Moskvada Konfederasiyalar Kuboku - dünya çempionatından əvvəl keçirilən yarış zamanı görüşüb. Rusiya lideri Peleni sevimli oyunçularından biri adlandırıb.
"Keçmişdə görüşəndə və uzun əl sıxma ilə müşayiət olunan təbəssümlər mübadiləsi etdikdə, heç vaxt düşünməzdim ki, bir gün indiki kimi parçalanacağıq", - Pele yazıb.
Gülayə Mecid