Türkiyənin Diyarbəkir şəhərində məhəllələrin birində qohumlar arasında xəsarətlə nəticələnən kütləvi dava baş verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bağcılar məhəlləsində 3 bloklu binanın girişində qeydə alınıb. Qohumlar arasında borc üstündə düşən dava silahlı atışmaya çevrilib. Oraya daxil olan avtomobilə atəş açılıb.  Atışma zamanı 3 nəfər yaralanıb.  Yaralılara tibbi yardım göstərilib. Polisin müdaxiləsindən sonra ara sakitləşib və 8 nəfər saxlanılıb. Hadisə yerindəmn 2 ədəd tüfəng və güllə götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Ramil