Peru Prezidenti Pedro Kastilyo həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə Peru KİV-I məlumat yayıb.

Qeyd edək ki, Peru parlamenti prezidenti Pedro Kastilyoya impiçment elan etdikdən sonra polis onu axtarışa verib. Bir neçə saat əvvəl isə dövlət başçısı parlamentin buraxılması və komendant saatının tətbiqi barədə sərəncam imzalamışdı.

xxx

23:03

Peru parlamenti prezident Pedro Kastilyoya qarşı impiçment elan edib.

"Unikal" xəbər verir ki, Peru Silahlı Qüvvələrinin Birgə Komandanlığı və Milli Polis bildirib ki, onlar parlamentin buraxıldığını və komendant saatı tətbiq olunduğunu elan edən prezident Pedro Kastilyoya tabe olmaq niyyətində deyillər.

Onların birgə bəyanatında deyilir ki, qanunvericilər hökumətə etimad səsverməsindən iki dəfə imtina etsələr, dövlət başçısının Konqresi buraxmaq hüququ var. Castillo bu şərti yerinə yetirmədən parlamentin buraxıldığını elan edb.

"Müəyyən edilmiş konstitusiya quruluşuna zidd olan istənilən hərəkət konstitusiya pozuntusudur və Silahlı Qüvvələrin və Peru Milli Polisinin itaətsizliyi ilə nəticələnəcək", - birgə komandanlığın Twitter səhifəsində dərc olunan mətndə deyilir. 

21:47

Peru prezidenti Pedro Kastilyo çərşənbə günü parlamentin buraxıldığını elan edib və ölkədə fövqəladə vəziyyət elan edib.

"Unikal" xəbər verir ki, o, bunu dövlət başçısı administrasiyasının Facebook səhifəsində yayımlanan xalqa müraciəti zamanı bildirib.

"Ölkənin hər yerindən vətəndaşların şikayətləri ilə əlaqədar qərarlar qəbul edildi: hüquqi demokratik dövlətin bərpası üçün fövqəladə hökumət yaradılması. Bunun tərkib hissəsi olaraq aşağıdakı tədbirlər görüldü: Konqres müvəqqəti olaraq buraxılsın. Respublika və fövqəladə hökumət yaratmaq, ən gec 9 ay müddətində yeni konstitusiyanın hazırlanması üçün konstitusiya hüquqları ilə Konqresə yeni seçkilər çağırmaq. Bu gündən etibarən komendant saatı tətbiq edilir" deyə prezident bildirib.

Gültəkin