Ukraynada keçmiş xalq deputatı Andriy Derkaç ABŞ-da dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur və o, 30 ilə qədər həbs oluna bilər.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Derkaç 2020-ci il ABŞ seçkilərinə müdaxilə cəhdlərində iştirak edən rus agenti kimi göstərilib Elə həmin il ABŞ Xəzinədarlığı ona qarşı sanksiyalar tətbiq etdi, lakin o, şəriki ilə Beverli Hillzdə daşınmaz əmlak almaq üçün dünya üzrə bir sıra ön şirkətlər yaradıb.
FTB direktorunun köməkçisinin sözlərinə görə "ABŞ institutlarını sarsıtmağa yönəlmiş Rusiya dezinformasiya kampaniyasında iştirak edərkən, Derkaç ABŞ-da özü və ailəsi üçün fırıldaqçılıq yolu ilə Qərb həyat tərzindən faydalanıb".
Bəyanatda bildirilir ki, eks-deputat ABŞ-ın sanksiyalarını pozaraq daşınmaz əmlak alıb.
Gülayə Mecid