Peruda ölkənin eks-Prezidenti Pedro Kastilyonun tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı həlak olanların sayı 7-yə çatıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, aksiyalar zamanı 119 polis əməkdaşı yaralanıb, daha bir neçəsi isə qaçırılıb.
Aksiyalar səbəbindən təhsil müəssisələrində əyani təhsil dayandırılıb, xəstəxanalarda isə təhlükəsizlik tədbirləri gücləndirilib.
***09:22
Peruda hökumət əleyhinə etirazlarda azı 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
"Unikal"ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi öz "Twitter" səhifəsində bildirib.
"Səhiyyə Nazirliyi bildirir ki, indiyədək ölkənin müxtəlif bölgələrində keçirilən nümayişlər zamanı 8 nəfər xəstəxanaya yerləşdirilib, 30 nəfər xəstəxanadan buraxılıb, 4 nəfər ölüb", - deyə qeyd olunub.