FTX kriptovalyuta birjasının təsisçisi və keçmiş icraçı direktoru (CEO) Sam Bankman-Fried Baham adalarında həbs edilib.
"Unikal" xəbər verir ki, Baham adalarının baş prokuroru Ryan Pinder tərəfindən edilən yazılı açıqlamada FTX-in keçmiş baş direktoru Bankman-Fried-in Baham adaları polisi tərəfindən həbs edildiyi qeyd edilib.
Açıqlamada Bankman-Fried-in həbsinin ABŞ-ın cinayət şikayəti və mümkün ekstradisiya tələbi ilə bağlı rəsmi bildirişindən sonra edildiyi bildirilib.
Baham adalarının baş naziri Filip Davis, “Baham adaları və Birləşmiş Ştatlar FTX ilə əlaqəsi olan, ictimai etimadı aldatmış və qanunu pozmuş hər hansı bir şəxsi məsuliyyətə cəlb etməkdə ümumi maraqlara malikdir”, - deyə açıqlama verib.
Gülayə Mecid