Donetsk Xalq Respublikasının ərazisinin 50%-dən çoxu Rusiyanın nəzarəti altındadır.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu DXR rəhbəri vəzifəsini icra edən Denis Puşilin bildirib.
“Donetsk Xalq Respublikasının əraziləri azad edilib... 50%-dən bir qədər çox. Əhalidən danışırıqsa - bu bizim üçün ən vacib şeydir - o zaman bu rəqəm daha yüksəkdir, çünki azad edilmiş yaşayış məntəqələrində əhalinin sayı artıq azad edilmiş ərazilərlə müqayisədə kifayət qədər çoxdur", - Puşilin qeyd edib.
Onun sözlərinə görə, “vəzifə konstitusiya sərhədləri daxilində DXR-in bütün ərazisini azad etməkdir”.
Gülayə Mecid