Tayvan silahlı qüvvələri son sutka ərzində Çin Xalq Azadlıq Ordusunun 29 təyyarəsi və üç gəmisinin adaya yaxınlaşmasını qeydə alıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, adanın hava hücumundan müdafiə identifikasiyası zonasına 1 ədəd J-11 qırıcısı, 2 ədəd Y-8 çoxməqsədli nəqliyyat təyyarəsi və 18 ədəd H-6 strateji bombardmançı təyyarəsi daxil olub.

Məlumata görə, Tayvan vəziyyəti izləmək üçün hava və dəniz patrulları göndərib və yerüstü raket sistemlərini yerləşdirib.

Ağarza Elçinoğlu