Dekabrın 13-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Zvezda maşınqayırma zavodunun ərazisində yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin şəhər üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Yanğının söndürülməsinə 7 texnika və 35 canlı qüvvə cəlb olunub.

İdarədən verilən məlumata görə, hələ ki, zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Ağarza Elçinoğlu