Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Bildirilir ki, TŞ üzvlərindən başqa, Respublika Prezidenti Vaaqn Xaçaturyan, Milli Assambleyanın sədri Alen Simonyan, Baş Nazir Aparatının rəhbəri Arayik Arutyunyan, NA “Mülki razılaşma” fraksiyasının rəhbəri Hayk Konjoryan və b. iştirak ediblər.
İclasda regionda baş verən proseslər, xüsusilə Laçın dəhlizindəki vəziyyət müzakirə edilib.
Gülayə Mecid