Ruslardan tərəfindən işğal olunan Ukraynanın Melitopol şəhərində güclü partlayış səsi eşidilib.

"Unikal" xəbər verir ki, bu barədə Melitopol meri İvan Fedorov  məlumat verib.

"Şəhərin tam mərkəzində, Şahmat Məktəbinin ərazisində güclü gurultu eşidildi", - o, qeyd edib.  

Qeyd olunur ki, bundan dərhal sonra rus hərbçiləri yolları bağlayıblar. Yerli sakinlər avtomatik növbələrin olduğunu bildirdilər.