Avstriya Daxili İşlər Nazirliyi Burgenland federal əyalətində Macarıstanla sərhədin qanunsuz miqrantlardan mühafizəsini gücləndirmək üçün “Tülkü” əməliyyatına başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Avstriya Radio və Televiziyası məlumat yayıb .
Avstriyanın Daxili İşlər Naziri Gerhard Karner, Burgenland səfəri zamanı polisə müraciətində, polisin sığınacaq axtaranlara qarşı "ardıcıl və möhkəm əyləc basması" vəzifəsini tapşırıb.
Karnerin sözlərinə görə, Avstriyanın hüquq-mühafizə orqanları insan qaçaqmalçılığı ilə məşğul olanlarla məşğul olmalı və “sığınacaqdan sui-istifadə hallarının qarşısını almalıdır”.
İki ölkənin sərhədi boyunca Avstriya və Macarıstan polisinin birgə patrul xidmətinin həyata keçiriləcəyi dəqiqləşib. Onlar "kor" ərazidə insanları izləmək üçün pilotsuz uçuş aparatları, termal görüntülər və xüsusi maşınlarla təchiz edilib.
The Guardian daha əvvəl yazmışdı ki, minlərlə miqrant və sığınacaq axtaran şəxs Birlikdən qeyri-qanuni olaraq qovulmazdan əvvəl Avropa İttifaqı ilə sərhəddə “görünməmiş zorakılıqla” üzləşib .
Miqrantların sözlərinə görə, onları döyüblər, soyundurmağa məcbur ediblər və cinsi təcavüzə məruz qalıblar.
Bundan əvvəl Avstriya kansleri Karl Nehammer Aİ-nin miqrantlar üçün sığınacaq sisteminin iflasa uğradığını bildirmişdi .