Dünyanın ən köhnə cins şalvarı hərracda 14 min dollara satılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, cins şalvar 1857-ci ildə Şimali Karolina sahillərində batan gəmidən tapılıb. Altı düyməli şalvarın mədənçiyə aid olduğu güman edilir.
Hərrac onlayn rejimdə dekabrın 3-də ABŞ-ın qərbində, Nevada ştatının Reno şəhərində keçirilib. Alan şəxsin kimliyi isə açıqlanmayıb.
Seymur Əli