Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin məhkəmə iclası onun səhhətinin pisləşməsi ilə əlaqədar dekabrın 22-nə təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsinin hakimi Giorgi Arevadze bildirib.
Qeyd edək ki, iclas eks-prezidentin mümkün azadlığa buraxılması ilə bağlı keçiriləcək.
Saakaşvilinin dekabrın 14-də keçiriləcək görüşə videobağlantı vasitəsilə qatılacağı gözlənilirdi. Lakin Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin nümayəndəsi Nikoloz Abramişvili məhkəmədən iclasın yanvar ayına keçirilməsini xahiş edib. Təqsirləndirilən şəxsin vəkili Şalva Xaçapuridze Abramişvilinin təklifinə qarşı çıxıb və bunun çox uzun olduğuna işarə edib. Hakim onun fikri ilə razılaşıb.
Ağarza Elçinoğlu