İtaliya Ukrayna əhalisinə yardım üçün 10 milyon avro göndərəcək.
"Unikal" xəbər verir ki, bu barədə İtaliya baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani bildirib.
"Söhbət mülki əhaliyə yardımdan gedir. İtaliya daha 10 milyon avro göndərmək qərarına gəlib", - o, Senatda Andrey Saxarov mükafatının təqdimat mərasiminə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
Nazirin sözlərinə görə, İtaliya artıq Ukraynaya 50 tondan çox elektrik avadanlıqları göndərib.
Ağarza Elçinoğlu