Kreml Rusiya, Ermənistan və Azərbaycan liderlərinin bu ilin sonuna qədər görüşə biləcəyini istisna etmir.
"Unikal" xəbər verir ki, dekabrın sonunda Sankt-Peterburqda MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammitinin keçirilməsi planlaşdırılır.
Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, həmin tədbir çərçivəsində Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında görüş də mümkündür.
Ağarza Elçinoğlu