Ermənistanın paytaxtı İrəvanın Respublika meydanına böyük polis qüvvələri göndərilib. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, polislər, əsasən, hökumət binasının qarşısına toplaşıb. 

Qeyd edək ki, ax.ğşam saatlarında Respublika meydanında Qarabağda yaranmış vəziyyətlə əlaqədar mitinq başlayacaq. 

Mitinq Respublika Partiyasının təşəbbüsü ilə keçirilir. İnsanlar təyn olunan yerə toplaşmağa başlayır.

Ağarza Elçinoğlu