Çin və Fars körfəzi ölkələri neft və qazın pulunu yuanla ödəyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Anadolu məlumat yayıb.
Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin ABŞ- ın iqtisadi gücünə yaxınlaşmaq istəyir . Bu məqsədlə ölkə öz milli valyutasından istifadə etməyə, bununla da dolların bazarda hökmranlığını zəiflətməyə hazırlaşır. Eyni zamanda, Səudiyyə Ərəbistanının yuanla ödəməyə razılıq verməsi Amerika valyutasının hegemonluğuna böyük zərbə kimi qiymətləndirilə bilər.
Nəşr qeyd edib ki, sövdələşmə bütün tərəflər üçün ən faydalı ola bilər, çünki Səudiyyə Ərəbistanı ən böyük neft tədarükçüsü kimi tanınır, Qətər isə LNG-nin ikinci ən böyük tədarükçüsü, Çin isə ən böyük alıcıdır. Bununla belə, ABŞ Çinin bu cür addımından narahat ola bilər, çünki dövlətlər Çinin regionda ekspansiyasını necə artırmağa çalışdığını diqqətlə izləyir.
Nəşrin fikrincə, Körfəz ölkələri və Çin bir çox başqa sahələrdə əməkdaşlığı artıra bilər və imzalanan saziş Çinin “Bir kəmər və yol” layihəsi ilə Səudiyyə Ərəbistanının “Neom” layihəsi arasındakı harmoniyanı xarakterizə edə bilər.
Dekabrın 11-də Strateji Araşdırmalar Fondunun (CSR) ekspertləri bəyan ediblər ki, Çin və ərəb ölkələri arasında enerji sektorunda qarşılıqlı əlaqələrin artması, çox güman ki, Rusiyadan ölkəyə enerji tədarükünün artmasına mane olmayacaq .