Ali Antikorrupsiya Məhkəməsi (VAKS) keçmiş prezident Viktor Yanukoviçin bütün əmlakını dövlətin xeyrinə müsadirə edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi öz Telegram kanalında yazıb.
“VAKS Yanukoviçin bütün əmlakını, o cümlədən Mejihiryadakı iqamətgahını, Suxoluçyadakı mehmanxana və restoran kompleksini, mənzili, pulu və yarım mindən çox mədəni sərvəti müsadirə edib”, - deyə məlumatda bildirilir.
O da qeyd olunur ki, eks-prezident Kiyevdə Obolonskaya sahilindəki mənzili, parkinq yerləri, 31 milyon qrivna (841 min dollar) və bank hesablarında olan 84,9 min dollar, 18,7 milyon avro dəyərində 537 mədəni sərvət və 100% səhmləri müsadirə edilib. T
Ukrayna Ədliyyə Nazirliyinin rəis müavini İrina Mudraya bir müddət əvvəl departamentin eks-prezident Viktor Yanukoviçə qarşı ölkədəki aktivlərinin və əmlakının müsadirə edilməsi ilə bağlı iddia qaldırmağa hazırlaşdığını bildirmişdi.