Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iqtisadi siyasət komitəsinin iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında layihə, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcə layihəsi və işsizlikdən sığorta fondunun 2023-cü il büdcə lahiyəsi müzakirə olunub.
Müzakirələrdən sonra büdcə layihələrinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasına təqdim olunması üçün qərar qəbul edilib.