"Tehranla Bakı arasında anlaşılmazlıq aradan qaldırılır".
"Unikal" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Beyker Qalibaf Antalyada Asiya Parlamentləri Assambleyasının 13-cü sessiyası çərçivəsində azərbaycanlı həmkarı ilə görüşündən danışarkən deyib.
Qalibaf İran İslam Respublikası, Azərbaycan və Türkiyə parlamentlərinin sədrlərinin üçtərəfli görüşünə toxunaraq bildirib ki, tərəflər yüklərin daşınması və tranziti, eləcə də enerji ilə bağlı məsələləri müzakirə ediblər.
Görüş zamanı tərəflər həmçinin xarici işlər nazirləri, müdafiə nazirliklərinin rəhbərləri və dövlət başçıları səviyyəsində üçtərəfli görüşlərin keçirilməsini müzakirə ediblər.
İranla Azərbaycan arasında son zamanlar yaranmış anlaşılmazlığın aradan qaldırıldığını qeyd edən İran parlamentinin sədri gələcəkdə Bakıya səfər etməyi planlaşdırdığını bildirib.
Gültəkin Ələsgər