Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün yerli telekanallara müsahibə verib.

"Unikal" xəbər verir ki, dövlət başçısı müsahibə zamanı Vətən müharibəsi dövründə paylaşdığı tvitlərlə bağlı sualı da cavablandırıb.

Azərbaycan Prezidenti suala cavab verərkən gülümsəyərək Vətən müharibəsi dövründə istifadə etdiyi və dillər əzbəri olan sözlərini də xatırlayıb.