Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin əhəmiyyətindən danışıb.
"Unikal" xəbər verir ki, bu barədə o, azərbaycanlı qaziləri qəbul edərkən deyib.
"Türkiyə və Azərbaycan tək millət, iki dövlətdir.“Bütün dünya Türkiyə ilə Azərbaycanın bir ananın iki oğlu olduğunu gördü. Bundan sonra Türkiyəyə, Azərbaycana hər hansı bir şəkildə planı olan varsa, bu addımı atmadan əvvək iki dəfə düşünəcək”,- deyə nazir qeyd edib.