Türkiyənin 10 vilayətində baş verən zəlzələlərdən sonra xilasetmə işləri davam edir.
"Unikal" xəbər verir ki, dağıntılar altında qalan insanların fotoşəkilləri beynəlxalq ictimaiyyətdə böyük kədər yaradıb.
Belə ki, Hatayda ailəsi ilə birlikdə dağıntılar altında qalan kişinin görüntüləri diqqət çəkib. Abdulalim Muaini adlı şəxs xilas edilsə də, onun iki qızı və həyat yoldaşı zəlzələnin qurbanı olub.
Muaini xilas edilməsinə baxmayaraq, həyat yoldaşının və qızlarının cansız bədənlərinin yanından ayrılmayıb. Onu bu görüntüləri dünya mediasında gündəm olub.
Muaininin ailəsi ilə birlikdə Suriyada 10 ildən artıqdır davam edən müharibədən qaçdığı və əslən Humsdan olduğu öyrənilib.
Gülayə Mecid