Fevralın 6-da baş verən zəlzələdə ailəsi ilə birlikdə dağıntılar altında qalan sosial media fenomeni Taha Duymazın yaşadığı binada xilasetmə işlərinə start verilib.
"Unikal" xəbər verir ki, bu barədə müğənni Derya Uluğ sosial media hesabında AFAD-ın bölgəyə gəldiyini və kranlarla dağıntılar üzərində işə başladığını açıqlayıb.
Bundan əvvəl Duymazın İstanbulda yaşayan bacısı ailəsindən xəbər almadığını və AFAD-ın bölgəyə təcili göndərilməsini xahiş etmişdi.