Türkiyədə zəlzələdən zərər çəkmiş vilayətlərdən bu gün yerli vaxtla saat 11:38-ə qədər ümumilikdə 28 044 nəfər təxliyə edilib.

"Unikal" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, sözügedən təxliyə prosesi avtomobil, dəmir və hava yolu vasitəsilə həyata keçirilib.