Dünya Bankı Türkiyəyə zəlzələ dəstəyi verəcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, Bank Türkiyəyə 1 milyard 780 milyon dollarlıq yardım edəcək. Dünya Bankının sədri David Malpass Türkiyəyə verəcəkləri maliyyə yardımı ilə bağlı açıqlama verib.
Malpass bildirib ki, yardım bələdiyyə səviyyəsində əsas infrastrukturun yenidən qurulması üçün istifadə olunacaq. O, təbii fəlakətdən zərər çəkmiş insanlar üçün 1 milyard dollarlıq əlavə yardım paketinin hazırlandığını da vurğulayıb.
Dünya Bankının Türkiyə üzrə Direktoru Humberto Lopez deyib: “Ölkənin ehtiyacları böyükdür və yardımdan tutmuş yenidənqurmaya qədər bütün spektri əhatə edir”