Hatayda dağıntılar altından 1,5 yaşlı körpə Sela Elbarazi və ailəsi 96 saatdan sonra sağ-salamat çıxarılıb.
"Unikal" xəbər verir ki, Pendik Bələdiyyəsi Axtarış Qurtarma Qrupları dağıntılar altından körpənin səsini eşidiblər. Beləliklə, qruplar ərazidə axtarış-xilasetmə işlərini sürətləndiriblər.
Nəticədə Elbarazi ailəsinin 4 üzvü və körpə dağıntılar altından xilas edilib. Sela Elbarazi həkim briqadasına təhvil verilib.
Gülayə Mecid