Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının ilk prezidenti Elbas haqqında” konstitusiya qanununun ləğvi haqqında qanunu imzalayıb.
"Unikal" xəbər verir ki, yanvarın 11-də Qazaxıstan Konstitusiya Məhkəməsi köhnə qanunun qüvvədən düşməsi barədə qərar qəbul edib. Yanvarın 13-də ölkə parlamenti palataların birgə iclasında müvafiq qanunu yekdilliklə qəbul edib.
Tokayevin imzaladığı qanuna əsasən, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev “Elbas” statusundan və onunla bağlı imtiyazlardan məhrum edilib.
Sabiq prezidentə indiki prezidentin maaşının 80%-i həcmində ömürlük təqaüd verilir, həmçinin mənzili, yay iqamətgahı, mühafizəçiləri, sürücüləri ilə şəxsi avtomobili, ölkə daxilində pulsuz gediş-gəlişi, tibbi xidmət və s. onun mülkiyyətindədir.