Ukrayna Prezidenti Volodimir Zelenski Polşada ABŞ lideri Co Baydenlə görüşəcək.
"Unikal" xəbər verir ki, bu barədə Dziennik Gazeta Prawna məlumat yayıb.
“Qeyri-adi heç nə baş verməsə, o zaman Ukrayna prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Polşaya rəsmi səfər edəcək. Biz buna hazırlığı bitiririk”, - deyə Ukrayna hakimiyyətinə yaxın mənbələr bildirib.
Medianın məlumatına görə, bu, çox güman ki, Bayden Varşavaya və ya Rzeşova gələndə baş verəcək .
Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi əməliyyatı başlayandan bəri Zelenski dörd Avropa paytaxtına səfər edib: Vaşinqton , London , Paris və Brüssel . Ukrayna lideri iki dəfə Polşaya səfər edib. Ötən il fevralın 9-u və dekabrın 22-də Zelenski Rzeşovda Polşa prezidenti Anjey Duda ilə görüşüb .
Xatırladaq ki, Co Bayden 20-22 fevral tarixlərində Polşada olacaq.