İsrail parlamenti (Knesset) terrorçuların vətəndaşlıqdan məhrum edilməsi və deportasiyası haqqında qanun layihəsini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu öz “Twitter” səhifəsində yazıb.
“Knessetdə biz koalisiya sədri Ofir Katzın terrorçuların vətəndaşlıqdan məhrum edilməsi və deportasiyası ilə bağlı qanun layihəsini təsdiqlədik”, - baş nazir qeyd edib.
Qanunda xüsusilə vurğulanır ki, ölkənin daxili işlər naziri Fələstin administrasiyasından pul alan məhkum edilmiş terrorçuların vətəndaşlıq və ya yaşayış icazəsini ləğv edərək onları administrasiyanın ərazisinə və ya Qəzza zolağına deportasiya edə bilər.
אישרנו עכשיו בכנסת את הצעת החוק של יו״ר הקואליציה אופיר כץ לשלילת אזרחות וגירוש מחבלים. התשובה שלנו לטרור היא להלום בו בעוצמה @OfirKatzMK
— Benjamin Netanyahu - בנימין נתניהו (@netanyahu) February 15, 2023