Dünya Bankının rəhbəri Devid Malpas maliyyə ilinin sonuna qədər vəzifəsini tərk edəcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, Malpas bu vəzifəyə 2019-cu ilin aprelində gəlib, səlahiyyət müddəti 2024-cü ildə başa çatacaq.
Bundan əvvəl Malpas ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb.Malpası Dünya Bankının rəhbəri vəzifəsinə Donald Tramp təqdim edib. O, prezidentlik kampaniyası zamanı Respublikaçılar Partiyasının iqtisadi məsələlər üzrə müşaviri olub.