Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 17-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
"Unikal" xəbər verir ki, bu barədə Belarus lideri jurnalistlərə bildirib.
Fevralın 14-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüşün fevralın 17-də baş tuta biləcəyini etiraf edib.
Görüşün təfərrüatları barədə məlumat verilməyib.
Ağarza Elçinoğlu