Rusiyanın Oryol vilayətində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində bütün ekipaj üzvləri həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a Moskva Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib.
"Mi-8 helikopteri planlı uçuşu yerinə yetirərkən qəzaya uğrayıb. Helikopter yaşayış olmayan əraziyə düşüb. Yerə heç bir ziyan dəyməyib. Ekipaj həlak olub", - məlumatda deyilir.
Digər təfərrüatlar barədə məlumat verilmir.
***16:33
Rusiyanın Oryol vilayətinin Narışkino kəndində Mi-8ccc
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
İlkin məlumata görə, hadisəyə səbəb mühərrikdə yaranmış nasazlıqdır.
Ölənlər və helikopterdə sərnişinlərin olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Ağarza Elçinoğlu