Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Putina İspaniyada sahib olduğu daşınmaz əmlakını satıb.
"Unikal" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Bidirilir ki, 2,2 milyon avro dəyərində olan mənzilləri rəsmi olaraq Artur Oçeretnı adlı şəxs alıb. Daşınmaz əmlakın təcili satışının səbəbi Lyudmilanın Aİ sanksiyalarına düşmək qorxusu kimi qiymətləndirilib.