Türkiyənin Esenyurt rayonunda fabrikdə yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə tikinti üçün nəzərdə tutulan metal istehsal edən fabrikdə olub. 

Xəsarət alan 1 nəfər təcili yardımla xəstəxanaya göndərilib. 

Yanğın yanğınsöndürənlərin müdaxiləsi nəticəsində 1 saat ərzində nəzarət altına alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu