Rusiyalı iş adamı Süleyman Kərimovun Türkiyədə zəlzələdən zərər çəkənlər üçün 100 milyon rubl (25,4 milyon TL) yardım etdiyi açıqlanıb.
"Unikal" xəbər verir ki, Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsi tərəfindən edilən yazılı açıqlamada Türkiyənin bir çox bölgəsində zəlzələdən zərər çəkənlərə humanitar yardımların edildiyi bildirilib.
Kərimov Türkiyədə və Suriyada zəlzələdən zərər çəkənlər üçün 100 milyon rubl yardım etdiyi qeyd edilib.